Xəzər Xəbər

Ermənistan rəhbərliyi beynəlxalq tribunala çıxarıla bilər - VİDEO

Veb TV | 19:20 • 17 Oktyabr 2020
Ermənistan rəhbərliyi beynəlxalq tribunala çıxarıla bilər -

Gəncədə mülki şəxslərin raket atəşinə tutulması hərbi cinayətdir və buna görə Ermənistan rəhbərliyi beynəlxalq tribunala çıxarıla bilər.

Xezerxeber.az-ın məlumatına görə, beynəlxalq hüquq məsələləri üzrə ekspert, professor Əmir Əliyev deyib ki, Gəncədə artıq ikinci dəfə mülki əhaliyə qarşı ballistik silahların istifadə edilməsi beynəlxalq konvensiyalarda müharibə cinayətləri kimi tövsif olunur.

Ekspertin sözlərinə görə, işğalçı ölkə insanlığa qarşı törətdiyi bu cür əməllərlə 1949-cu il Cenevrə konvensiyasının bütün tələblərini kobud şəkildə pozub.

Ekspert bildirib ki, müharibə cinayətləri müharibə qanunlarının pozulmasıdır və burada qadağan olunmuş silahların istifadəsindən tutmuş mülki əhalini hədəfə alan hərəkətlərin edilməsinə qədər bir sıra aktlar nəzərdə tutulur. Ermənistanın hərbi-siyasi rəhbərliyi isə artıq dəfələrlə bu beynəlxalq konvensiyanı tapdalayıb.

Əmir Əliyev vurğulayıb ki, Azərbaycanın şəhər və rayonlarında törədilən müharibə cinayətərinə görə həm Ermənistanın hərbi-siyasi rəhbərliyi və dövlət Azərbaycan xalqı və beynəlxalq birlik qarşısında cavab verməlidir: "Bu cür hərbi cinayətləri törədən şəxslərin müvafiq təşkilatlar tərəfindən beynəlxalq tribunala çıxarılması labüddür".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti