Xəzər Xəbər

18 metr hündürlükdə insanabənzər döyüş robotu hazırlanıb - VİDEO

Veb TV | 13:43 • 25 Sentyabr 2020
18 metr hündürlükdə insanabənzər

Yaponiyalı mütəxəssislər 18 metrlik "mech” (insanabənzər döyüş robotu – red.) hazırlayıblar.


"Gundam” adlanan nəhəng robotla bağlı kadrlar sosial şəbəkələrdə yayımlanıb.


O da vurğulanır ki, "mech” bu mərhələdə çox yavaş hərəkət edir, video dörd dəfə sürətləndirilib.


Kod.ru-nun məlumatına görə, "Gundam”ın hərəkət spektri böyükdür: barmaqlarını qatlaya, dizlərini bükə bilir.


Bununla belə, onun heç bir funksional təyinatı yoxdur. "Gundam” sadəcə anime-serialların fanatlarını sevindirəcək.


Xəbər lenti