Xəzər Xəbər

Parkda ağaclar məhv edilib - Sumqayıtda - VİDEO

Veb TV | 20:12 • 23 Sentyabr 2020
Parkda ağaclar məhv edilib -

Sumqayıt şəhər Nəsimi adına Mədəniyyət və istirahət parkında onlarla həmişəyaşıl ağac naməlum şəraitdə kəsilib.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər iddia edirb ki, bəzi ağaclar quruduğu üçün mənzil istismar sahəsinin əməkdaşları tərəfindən kəsilərək daşınıb.

Məsələ ilə bağlı Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən məlumat verilib ki, sözügedən qurum ağacların yalnız budanması işlərini həyata keçirir.

Sumqayıt şəhər 4 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsindən isə "Xəzər Xəbərə" bildirilib ki, ağac kəsimi ilə bağlı dərhal əraziyə baxış keçirilib. Toplanmış materiallarla bağlı hüquq mühafizə orqanlarına müraciət olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti