Xəzər Xəbər

Prezidentin 120 ölkə adından çıxışı Azərbaycanın uğurudur - ŞƏRH - VİDEO

Veb TV | 21:28 • 22 Sentyabr 2020
Prezidentin 120 ölkə adından çıxışı Azərbaycanın uğurudur -

Prezident İlham Əliyevin BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda Qoşulmama Hərəkatının sədri kimi 120 ölkə adından çıxışı ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir.

Siyasi müşahidəçilərin fikrincə, bu, ölkə başçısının timsalında bütün Azərbaycanın uğurudur. Üstəlik, ölkə başçısı çıxışında qlobal problemlərdən və çıxış yollarından da danışdı ki, bu da Azərbaycanın həmin problemlərin həllində nə qədər maraqlı olduğunu göstərir.

Ölkə başçısının bu ali tribunadan Ermənistanın Azərbaycana qarşı yeni təcavüzə hazırlaşdığını bəyan etməsi də haqq səsimizin dünyaya çatdırılması baxımından əvəzsiz rola malikdir.

Millət vəkili Rasim Musabəyov bildirir ki, hər zaman olduğu kimi Prezident yenə faktlarla çıxış etdi, Ermənistanın vandalizm və təxribatçı siyasətini bir daha ortaya qoydu.

Ölkə başçısı təmas xəttində baş verən təxribatçı hərəkətlərə görə bütün məsuliyyətin Ermənistanın siyasi rəhbərliyinin üzərinə düşdüyünü elan etməsi və ölkəmizin qəti mövqeyini bir daha ortaya qoyması səsimizin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli rola malikdir.

Üstəlik, ölkə başçısı faktlara söykənərək Azərbaycanın nə qədər dünyəvi və yardımsevər bir dövlət olduğunu da göstərdi. Təkcə koronavirus pandemiyası ilə mübarizədə ölkəmizin müxtəlif təşəbbüslər çərçivəsində başqa ölkələrə maliyyə yardımları göstərməsi bunun əyani sübutudur.

Millət vəkillərinin sözlərinə görə, ölkə başçısının çıxışında vurğuladığı kimi, Azərbaycan hazırda dünyanın tanınmış multikulturalizm mərkəzlərindən də biridir. Bu da uzun illərdir Azərbaycanda həyata keçirilən uğurlu siyasətin nəticəsidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti