Xəzər Xəbər

Şirvan, Tovuz və Salyanda ağır yol qəzaları - 3 nəfər ölüb - VİDEO

Veb TV | 19:15 • 22 Sentyabr 2020
Şirvan, Tovuz və Salyanda ağır yol qəzaları -

Şirvanda yol kənarında dayanmış qadını avtomobil vurub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə "Köhnə şəhər" adlanan yaşayış massivində qeydə alınıb.

Şirvan sakini, 27 yaşlı Elman Əliyev idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən yol kənarında dayanmış Şirvan sakini, 54 yaşlı Fərqanə Həsənovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Tovuzda da piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Rayonun Aşağı Quşçu kəndində yolun qarşı tərəfinə keçmək istəyən 29 yaşlı İxtiyar Vəliyevi naməlum avtomobil vurub. Piyada xəstəxanaya aparılırakən yolda dünyasını dəyişib. Məlumata görə piyadanı vuran avtomobil hadisə yerindən qaçıb.

Salyanda isə avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Hadisə Ələt-Astara magistral yolunda, Salyan ərazisindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında olub. Salyan şəhər sakini Ümid Rüstəmov idarə etdiyi avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarında dayanmış maşın yuyucusu, şəhər sakini Bayram Əliyevi vurub.

Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilən 30 yaşlı Bayram Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Hər üç faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti