Xəzər Xəbər

Əli Kərimli özünü ifşa etdi - VİDEO

Veb TV | 20:24 • 21 Sentyabr 2020
Əli Kərimli özünü ifşa etdi -

Tapşırıq, sifariş, hegemonluq...

AXCP sədri Əli Kərimli bütün fəaliyyətini bunlar üzərində qurulduğunu özü sübut etdi.

Əli Kərimlinin yayılan "WhatsApp" yazışmasından aydın olur ki, o, ürəyi istəməyən adamı hər cür saxtakarlıqla partiya üzvlüyündən azad etmək tapşırığı verir.

1995-ci ildən AXCP-nin üzvü, 2015-ci ildə keçirilən qurultaydan sonra isə partiyanın Nəzarət-Təftiş Komissiyasının sədri seçilən Aydın Əliyev haqq sözünü dediyi üçün sıxışdırılıb və heç bir rəsmiyyət olmadan, adi tapşırıqla tutduğu vəzifədən qovulub.

Aydın Əliyev haqqını tələb eləməyə başlayanda isə Əli Kərimli dərhal əl-ayağa düşüb. Partiyanın digər üzvü İradə Nərimana guya Aydın Əliyevin rəsmi olaraq vəzifəsindən uzaqlaşdırılmasına dair köhnə tarix və imzalarla saxta protokol, eləcə də digər sənədlər hazırlamasını tapşırıb.

Bəli, Kərimli və ətrafının çürük demokratiya anlayışları, saxtakarlıqları və ikiüzlülükləri bundan ibarətdir!

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti