Xəzər Xəbər

“Əsrin müqaviləsi”nin imzalanmasından 26 il keçir VİDEO

Veb TV | 21:40 • 20 Sentyabr 2020
“Əsrin müqaviləsi”nin imzalanmasından 26 il keçir

Bəli, bu gün ölkədə "Neftçilər günü"dür. Sözügedən günün tarixi isə 26 il əvvələ gedib çıxır. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" imzalanıb. Bu müqavilənin imzalanması ilə müstəqil və müasir Azərbaycan tarixində yeni eranın başlanğıcı qoyulub. "Əsrin müqaviləsi" başlanğıc olub və 2000-ci ilə qədər 10-a yaxın müqavilə imzlanıb. Həmçinin yeni yataqların işlənməsi də davam etdirilib.

 

 

"Əsrin müqaviləsi"nin imzalanmasından 26 il ötür.

 

 

1994-cü il sentyabrın 20-də Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə "Əsrin müqaviləsi" imzalanıb. Müqavilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" neft yataqlarının və "Günəşli" neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsünü özündə əks etdirirdi. Daxildəki stabilliyi bərpa etmək, Azərbaycanla Ermənistan arasında olan hərbi münaqişəni dayandırmaq, o cümlədən Xəzərin statusu ilə bağlı tutarlı dəlillər gətirib xarici şirkətləri inandırmaq Ümumilli lider Heydər Əliyevin üzərinə düşən böyük məsuliyyət idi. Ulu öndər bu vəzifənin öhdəsindən şərəflə gəldi və "Əsrin müqaviləsi" imzalandı.

 

 

"Əsrin müqaviləsi"nin imzalanması ilə müstəqil və müasir Azərbaycan tarixində yeni eranın başlanğıcı qoyuldu. O dövrdə Azərbaycanın dövlət büdcəsi 300 milyon manat civarında idi. Bu müqavilənin imzalanması ölkənin çökmüş iqtisadiyyatının bərpası üçün ilkin kapitalı gətirdi.

 

 

"Əsrin müqaviləsi"nin imzalanmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri oldu. Məhz Ümummilli lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, hər il sentyabrın 20-si Azərbaycanda "Neftçilər Günü" kimi qeyd olunur.

 

 

"Əsrin müaviləsi" başlanğıc oldu və hər il 1 və ya 2 yeni müqavilə imzalandı. 2000-ci ilə qədər artıq 10-a yaxın müqavilə imzlanmışdı. Həmçinin də yeni yataqların işlənməsi davam etdirildi. Ötən gün də Prezident İlham Əliyevin iştirakı ilə "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimi baş tutdu. "Şahdəniz"dən sonra ikinci böyük qaz yatağı olan "Abeşeron"un ehtiyatları 350 milyard kubmetrdir. Bir neçə ildən sonra yataqdan ilk məhsul alınacaq.

 

 

İkinci qaz yatağımızın olması, onun daxili bazar üçün istifadə edilməsi və sonradan oradan daha böyük həcmdə məhsulun çıxarılaraq xarici bazara göndərilməsi Azərbaycanın nüfuzunun genişlənməsi üçün böyük bir imkandır.

 

 

"Abşeron" yatağı üzrə kontrakt "Şahdəniz" qaz-kondensat yatağı üzrə kontraktdan sonra imzalanıb. Bu da onu göstərir ki, Azərbaycan artıq neft ölkəsindən həm də qaz ölkəsinə keçid alır.


Xəbər lenti