Xəzər Xəbər

Oğuzda heyvanlar müəmmalı şəkildə tələf olur VİDEO

Veb TV | 19:54 • 18 Sentyabr 2020
Oğuzda heyvanlar müəmmalı şəkildə tələf olur

Oğuzda iribuynuzlu heyvanlar arasında kütləvi tələf olma halı qeydə alınıb. Örüş sahəsində otlayan kənd sakinlərinə məxsus onlarla iribuynuzlu heyvanın vəziyyəti pisləşib. Həmin ərazidə 16 baş iribuynuzlu heyvan tələf olub.

 

 

Örüş sahəsində heyvanlar tələf olub.

 

 

Rayonun Tərkeş kənd sakinlərinə məxsus iribuynuzlu heyvanlar örüş sahəsində otlayan zaman onlarla iribuynuzlu heyvanın vəziyyəti pisləşib. Qısa müddət ərzində sakinlərə məxsus 16 baş heyvan tələf olub.

 

 

 

Mal-qara arasında gözlənilmədən baş verən təlafat barədə sakinlər Oğuz rayon Baytarlıq İdarəsinə xəbər verdiblər. Bundan sonra hadisə yerinə gələn baytar həkimlər dərhal heyvanlara sistemlər köçürəblər. Bir-neçə tələf olmuş iribuynuzlu yarılaraq müayinə edilib.

 

 

 

Mal-qaranın sahədəki otlardan zəhərləndiyi ehtimal edilir. Dəqiq səbəb analizlərin cavabından sonra bilinəcək.

Xəbər lenti