Xəzər Xəbər

Bu məhsul AQTİ-nin laboratoriyalarında sınaqdan keçirilir VİDEO

Veb TV | 19:26 • 18 Sentyabr 2020
Bu məhsul AQTİ-nin laboratoriyalarında sınaqdan keçirilir

Son illər arıçılıq sahəsinə artan dövlət qayğısı məhsul istehsalının yüksəlməsinə ciddi təsir göstərib. Nəticədə bu sahədə məhsul bolluğu yaranıb və ixrac imkanları artıb. Azərbaycan balı dünya bazarında yüksək keyfiyyətli məhsul kimi tanınır və hazırda bir çox ölkəyə ixrac olunur. Bu məhsullar ixrac olunmadan öncə qida təhlükəsizliyi institututunun laboratoriyalarında keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə sınaqdan keçirilir.

 

 

Hər bir idxalçı ölkə arıçılıq məhsulları ilə gələ bilən xəstəliklərdən qorunmaq üçün ölkəmizlə baytarlıq sertifikatlarının razılaşdırılmasını həyata keçirir. Bu razılaşma əldə edildikdən və beynəlxalq sertifikat tərtib olunduqdan sonra arıçılıq məhsulu ixrac oluna bilər.

 

 

Bunu Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev deyib. O bildirib ki, sadəcə ixrac olunan arıçılıq məhsulları deyil, eyni zamanda ölkədaxili satışa çıxarılan məhsullar da laboratoriyalardan keçirilir. İxrac prosesi məhsulu sadəcə maşına yükləyib daşımaq deyil. Bu qaydaları hər bir arıçı bilməli və öz təsərrüfatını bu cür tələblərə uyğunlaşdırmalıdır.

 

 

Qida Təhlükəsizliyi İntstitutunun laboratoriyasında bal və arıçılıq məhsullarında keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə sınaqlar həyat keçirilir. Proses ən müasir cihaz və avadanlıqlarla aparılır.

 

 

Qida Təhlükəsizliyi İntstitutunun laboratoriyaları "Balda keyfiyyət göstəriciləri" üzrə səriştəlilik test proqramında yüksək nəticə göstərib.

 

 

Hazırda dünya bazarında yüksək keyfiyyəti ilə seçilən Azərbaycan balı əsasən Yaponiya və Ərəb ölkələrinə ixrac olunur.

 

 

Xəbər lenti