Xəzər Xəbər

Yaşayış olan binaya bitişik 18 mərtəbəli bina tikilir VİDEO

Veb TV | 20:38 • 17 Sentyabr 2020
Yaşayış olan binaya bitişik 18 mərtəbəli bina tikilir

Yaşayış olan binaya bitişik 18 mərtəbəli binanın inşası sakinlərin narazılığına səbəb olub. Söhbət Nərimanov rayonu, Həsən Əliyev küçəsin 33 ünvanından gedir. Sakinlərin sözlərinə görə, binanın yaxın məsafədə tikilməsi, eyni zamanda evlərinin içində tikinti gedirmiş kimi eşitdikləri səs-küy onlara problem yaradır. Məsələ tək bununla bitmir. Təfərrüatları təqdim edirik.

 

 

Daimi yaşayışı olan binanın bir addımlığında yeni yaşayış binası inşaa edilir.Bu isə, sakinlərin narazılığına səbəb olub.

 

 

Bakının Nərimanov rayonu, Həsən Əliyev küçəsi 33, məhəllə 945-də yaşayan sakinlər ərazidə yəni,onların yaşadığı binaya bitşik yeni 18 mərtəbli yaşayış binasının inşaa edilməsindən şikayyətçidirlər.Sakinlər iddia edir ki,həmin bina qanunsuz tikilməklə yanaşı,ərazidə aparılan işlər onlar üçün müəyyən porblemlər yaradır.

 

 

Sakinlərin sözlərinə görə,hazırda yaşadıqları binanı 15 il əvvəl tikən və ərazidə də tikintini aparan "Nehrəm" MTK şirkətidir.Onlar bildirir ki,yaşadıqları binadan mənzillər alarkən burada yeni binanın tikilməsi ilə bağlı sakinlərə heç bir məlumat verilməyib.Binada mənzillər satışa çıxarıldıqdan və sakinlər evlərinə köçdükdən sonra məlum olub ki,binaya bitşik yeni 18 mərtəbəli yaşayış binası tikilir.

 

 

Problem tək bununla yekunlaşmır.Sakinlər iddia edir ki,hazırda yaşadıqları bina 15 il əvvəl tikilməsinə baxmayaraq,"Nehrəm" MTK tərəfindən onlara mənzillərin çıxarışı təqdim edilmir.

 

 

Məsələ ilə bağlı "Nehrəm" MTK-nın hüquqşunası İsmayıl Yediyarov ''xəzər xəbər''ə bildirdi ki, yeni yaşayış binası mövcud qayda və qanunlara uyğun olaraq inşaa edilir.Bunun üçün həm Bakı şəhər İcra Hakimiyyəti,həm Fövqəldə Hallar Nazirliyi ,həm də Dövlər Şəhərsalma və Arxitektura Komitəsindən müyyən sənədlər alınıb.

 

 

Sakinlərə mənzillərin çıxarışlarının verilməməsi məsələsinə gəlincə isə, İmsayıl Yediyarov belə bir problemin olmadığını dedi.Ərazidə çəkiliş apardığımız zaman məlum oldu ki,yaşayış binasına bitşik yeni 18 mərtəbəli binanı "Nehrəm" MTK-nın sifarişi əsasında podratçı şirkətlərdən biri inşaa edir.

 

 

Məsələ ilə bağlı Dövlər Şəhərsalma və Arxitektura Komitəsindən bildirildi ki,hazırda sakinlərin şikayyəti əsasında yeni yaşayış binasının tikintisi dayandırılıb və araşdırmalar davam etdirilir.Qeyd edək ki,bir neçə gün əvvəl ,Baş Prokurorluğun Instaqram sosial şəbəkə hesabında da sakinlər bu məsələ ilə bağlı şikayyət də yazıblar.Prokurorluqdan isə bildirilib ki müraciət qeydə alınıb və nəticə ilə bağlı məlumat veriləcək.

Xəbər lenti