Xəzər Xəbər

Bakı sakinini borca görə döyüb öldürdülər VİDEO

Veb TV | 19:18 • 16 Sentyabr 2020
Bakı sakinini borca görə döyüb öldürdülər

Bakıda ağır cinayət olub. Tanışlar arasında mübahisə davaya səbəb olub.Dava zamanı onlardan biri digərinin başına daşla vuraraq ona ağır xəsarətlər yetirib. Xəsarət alan gənc xəstəxanada ölüb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs isə polis tərəfindən saxlanıb.

Tanışlar arasında mübahisə ağır cinayətə səbəb olub. Biri digərini küçədə daşla vuraraq amansızlıqla qətlə yetirib.

Ağır cinayət paytaxtın Xətai rayonu ''NZS'' qəsəbəsi İlham Məmmədov küçəsində baş verib.Kamran Ələsgərov Orxan Yusiflini döyərək öldürüb.

Xətai rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Araşdırmalarla hadisənin Kamran Ələsgərov tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edilib və o saxlanaraq istintaqa cəlb edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Kamran Əlsgərov barəsində ''qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda'' maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, Kamran Ələsgərov hadisəni yaşadıqları qəsəbədə törədib. Həmin ünvanda çəkiliş apardığımız zaman məlum oldu ki, Kamran Ələsgərov başqa bir cinayət də törədib. Yamən Əliyeva adlı 70 yaşlı qadın iddia edir ki, Kamran Ələsgərov 8 ay əvvəl ona qarşı da cinayət törədib.

Zərərçəkmiş qadın dərhal ''102'' xidmətinə məlumat verib əraziyə polis gəlib. Yamən Əliyeva xəstəxanaya aparılaraq ona ilkin yardım edilib. Qadını onu da iddia etdi ki, barmaqlarının sağalması üçün 500 manat xərc çəkib. Yamən Əliyevanın sözlərinə görə, Kamran Ələsgərovun ona qarşı törətdiyi cinayət işi toplanaraq rayon məhkəməsinə göndərilib.

Xəbər lenti