Xəzər Xəbər

Türkiyədə baş verən daşqınlar böyük problemlər yaratdı VİDEO

Veb TV | 15:32 • 15 Avqust 2020
Türkiyədə baş verən daşqınlar böyük problemlər yaratdı

Davamlı yağıntılar Anadolu coğrafiyasında yenidən böyük fəsadlar yaratmağa başlayıb. Türkiyənin Şərqi Qara dəniz bölgəsində baş verən sel və daşqınların yaratdığı problemlərin aradan qaldırılması üçün tədbirlər görülür.


Trabzon vilayətinin Of rayonunda meydana çıxan sel yolları keçilməz hala salıb. Bir nəfər avtomobili ilə birlikdə uçqun altında qalaraq ölüb, iyirmi nəfər təxliyə olunub, köməksiz qalan yeddi nəfər isə xilas edilib.


Güclü sel və daşqın Rize və Artvin bölgələrində də sosial həyata çətinliklər yaradıb. Əkin sahələri su və lil altında qalıb.


Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) qüvvələri təbii fəlakət bölgələrinə cəlb olunub./Azərtac

Xəbər lenti