Xəzər Xəbər

Əksər qapalı məkanlarda tibbi maskalardan istifadə olunmur VİDEO

Veb TV | 20:44 • 13 Avqust 2020
Əksər qapalı məkanlarda tibbi maskalardan istifadə olunmur

Bir neçə gün əvvəl karantin rejimində edilən son yumşaldılmadan sonra geyim dükanları da müştərilənin istifadəsinə verilib. Lakin pandemiya dövrünün şərtlərinə görə, tibbi qoruyucu vasitələrdən istifadə zəruridir. Bəs görəsən qapalı ərazilərdə maskadan istifadəyə riayət edilir mi?

Paytaxtın geyim dükanları artıq işlək vəziyyətdədir.

Lakin qapalı məkanlarda tibbi maskadan istifadə zəruri olsa da buna əməl etməyənlər hələ də var. Halbuki bütün mağaza və marketlərin pəncərələrində maskasız girişin qadağan olduğu yazılıb.

Mağaza sahibləri və satıcılar arasında da tibbi qoruyucu vasitədən istifadə etməyənlərə rast gəlmək mümkündür.

Bütün mənfi hallara rəğmən qaydalara riayət edən mağaza sahibləri də var. Onlar həm girişdə dezinfeksiya edici maddələrdən və maskadan istifadə edir, etməyənləri mağaza daxilinə buraxmır.

Qeyd edək ki, yumşaldılma elan edilərkən xüsusilə vətəndaşlara bildirilmişdi ki, fəaliyyətinə icazə verilən sahələrdə pandemiya qaydalarına ciddi riayət etsinlər. Əks halda virusa yoluxma sayında müşahidə olunan azalmanın əksi baş verə bilər.

Xəbər lenti