Xəzər Xəbər

Bakıya yeni gətirilən taksilərin içində NƏLƏR VAR? VİDEO

Veb TV | 20:16 • 13 Avqust 2020
Bakıya yeni gətirilən taksilərin içində NƏLƏR VAR?

Yanacaq əvəzinə elektriklə işləyən avtomobillər hazırda bütün dünyanın vacib tələbinə çevrilib. Bakıya yeni gətirilən və dünən təqdimatı olan taksilər də məhz bu texnologiya ilə işləyir. Yeni taksilərdən 10-u artıq istifadəyə verilib.ölkəmiz üçün niyə məhz bu cür taksilər seçilib?

Avtomobillər xüsusi quraşdırılmış məntəqələrdə cərəyanla təmin oluna bilər.

Bu avtomobil özü yoldakı sürət həddi barədə sürücünü xəbərdar edir. Sürücü idarəetməni itirdikdə və ya yol trayektoriyasını dəyişdikdə xüsusi sensorlar ona müvafiq məlumatı ötürür.

Onu da qeyd edək ki, yeni gətirilən taksilər "Android" sistemi ilə təchiz olunub. Belə ki, sürücülər bütün prosesi monitor vasitəsilə idarə edə bilir.

Xəbər lenti