Xəzər Xəbər

Azərbaycanda seroloji testlər keçiriləcək VİDEO

Veb TV | 20:11 • 13 Avqust 2020
Azərbaycanda seroloji testlər keçiriləcək

Gələn həftədən etibarən insanlar arasında seroloji testlər keçiriləcək. Prosesə ilk olaraq paytaxt Bakıdan start veriləcək. Bu testlər könüllülər arasında aparılacaq. Məsələ ilə bağlı jurnalistlərə açıqlama verən TƏBİB-in mikrobiologiya işçi qrupunun rəhbəri Qumral Ələkbərova qeyd edib ki, indiyə qədər yaxma üsulu ilə götürülmüş COVID-19 testi aktiv infeksiyanı müəyyən edirdi, seroloji test isə kiminsə virusu daha əvvəl keçirib-keçirmədiyini aşkar edəcək. Məqsəd koronavirusa qarşı immun sisteminin formalaşma səviyyəsini öyrənməkdir

Koronavirusa qarşı immun sisteminin formalaşma səviyyəsini öyrənmək məqsədilə ilkin olaraq Bakı şəhərində sakinlər arasında seroloji testlər keçiriləcək. Bu növ testlərin fərqli tərəfləri çoxdur.ƏgərCOVİD 19 - testiyaxma vasitəsilə müəyyən olunurdusa, seroloji testlər qanalma ilə aparılır. Bunu jurnalistlərə açıqlamasında TƏBİBİN mikrobiologiya işçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib. Onun sözlərinə görə seroloji testlər qanalma yolu ilə aparılırvəgələn həftədən etibarən tətbiq edilcək. Mütəxəssisin sözlərinə görə bu prosesin həyata keçirilməsinə ehtiyac var

Seroloji testlər təsadüfi seçilmiş könüllülər arasında aparılacaq və cavabları 2-3 gün ərzində məlum olacaq.

Bakıdan sonra seroloji testlər Sumqayıt və Gəncəni əhatə edəcək. 18-65 yaş qrupunu əhatə edəcək testlər almaniya istehsalıdır. Avropa və dünyanın digər ölkələrinin təcrübəsi göstərir ki, test nəticlərinin yalnış olma ehtimalı sıfıra bərabərdir.

Seroloji test nəticəsində koronovirus infeksiyasını simptomsuzkeçirdiyi aşkar edilən şəxs, aktiv COVİD 19 xəstələrinin müalicəsinə kömək məqsədilə könüllü şəkildə donor ola bilər

Xəbər lenti