Xəzər Xəbər

Beyləqanda külli miqdarda narkotik vasitə ələ keçirildi VİDEO

Veb TV | 20:05 • 13 Avqust 2020
Beyləqanda külli miqdarda narkotik vasitə ələ keçirildi

Ağcabədi polisinin keçirdiyi əməliyyatla 1 kiloqramdan artıq heroin dövriyyədən çıxarılıb. Beyləqanda da külli miqdarda güclü təsiredici xassəyə malik müxtəlif növ narkotik vasitələr dövriyyədən çıxarılıb.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısını alınmasıistiqamətində növbətiəməliyyat tədbiri həyata keçirilib.

Ağcabədi rayon Avşar kənd sakinləri Zaur Hüseynov və Elşən Hüseynovun kənd ərazisində 1 kiloqram heroini 20 min manata satmaq istədikləri müəyyən edilib.

Keçirilən əməliyyat tədbirinin nəticəsində Elşən Hüseynov saxlanılaraq polis şöbəsinə gətirilib, Zaur Hüseynovun isə saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Beyləqan polisi də narkotik vasitələrin satışı ilə məşgul olanları saxlayıb. Əldə edilmiş məlumat əsasındarayon sakini Şəhriyar Şirinovun idarə etdiyi avtomobil saxlanıb. Sürücü və onun sərnişini Yevlax rayon sakini Azər Həsənov Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı Azər Həsənovun əlindəki sintetik torbada müxtəlif qablaşdırmalarda 5 kiloqramdan artıq narkotik vasitə hesab edilən tiryək, 1 ədəd bağlamada 130 qramdan artıq heroin və 1 ədəd bükümdə 12 qramdan artıq psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xəbər lenti