Xəzər Xəbər

Qubada toy yarımçıq saxlanıldı, bəy və qonaqlar cərimələndi VİDEO

Veb TV | 20:48 • 11 Avqust 2020
Qubada toy yarımçıq saxlanıldı, bəy və qonaqlar cərimələndi

Qubada toy mərasimi dayandırılaraq restoran sahibi, bəy və 28 nəfər polis şöbəsinə gətirilib. Sərt karantin elan edilən rayonlardan Qusara və Qəbələyə istirahətə gələnlər dəcərimələnib.

Qubada karantin rejiminin qaydalarını pozaraq toy mərasimi keçirən şəxslər saxlanılıblar.

Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman rayonun Qəçrəş kəndi ərazisində yerləşən restoranların birində toy mərasimin keçirlidiyini aşkarlayıblar.Məclis dərhal dayandırılıb, restoranın sahibi Firdovsi Əliyev, bəy Alim Mirzəyev və 28 nəfər şəxs saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslərşəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsiilə protokollar tərtib olunaraq 200 manat məbləğində cərimə ediliblər.

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərdə isə həftəsonu Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan edilən digər şəhər və rayonlardan qaydaları pozaraq, istirahət məqsədilə rayona gələn şəxslər müəyyən edilib. rayon ərazisində yerləşən otellərdə, gündəlik kirayə evlərdə keçirilən reydlər zamanı sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq gələn şəxslərin həmin yerlərdə istirahət etdiyi məlum olub.Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, onlar cərimələniblər.

İcazələri olmadan Qusar rayonuna istirahətə gələnlər dəcərimələnib.Belə ki, istirahət mərkəzlərinə gedən yollarda hərəkət edən nəqliyyat vasitələri yoxlanış məqsədilə şöbə əməkdaşları tərəfindən saxlanılıblar.bəzi şəxslərin qaydaları pozaraq, xüsusi karantin elan edilən rayonlardan istirahət məqsədilə Qusar rayonunagəldikləri məlum olub.18 nəfər qaydaları pozduqları üçün barələrində protokol tərtib edilərək, hər biri 200 manat cərimələnib.

Xəbər lenti