Xəzər Xəbər

Qəbul imtahanlarının ikinci mərhələsi keçiriləcək VİDEO

Veb TV | 20:32 • 11 Avqust 2020
Qəbul imtahanlarının ikinci mərhələsi keçiriləcək

2-ci və 3-cü qrup üzrə qəbul imtahanlarının ikinci mərhələsi keçiriləcək. Həmçinin 1-ci və 4-cü ixtisas qrupu üzrə olan namizədlərin arasında istədiyi xarici dildən imtahan vermək istəyənlər də bu imtahanlarda iştirak edə bilərlər.

2 gündən sonra 37 mindən çox abituryent imtahan həyəcanı yaşayacaq. Dövlət İmtahan Mərkəzi tərəfindən 13-14 avqust tarixlərində 2-ci və 3-cü qrup üzrə qəbul imtahanlarının ikinci mərhələsi keçiriləcək.

İmtahanlar respublikanın 35 şəhər və rayonunda təşkil olunacaq, ümumilikdə 164 imtahan binası, 2877 imtahan zalı ayrılacaq.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses boyu istifadə olunmalıdır. İmtahanda iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından avqustun 7-dən etibarən çap edib götürə bilirlər.

Qeyd edək ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib qayıtmasına icazə veriləcək.

Xəbər lenti