Xəzər Xəbər

Polis qaydaları pozanları belə cərimələyir VİDEO

Veb TV | 20:01 • 10 Avqust 2020
Polis qaydaları pozanları belə cərimələyir

Sərt karantin elan edilən şəhər və rayonlardan icazələri olmadan Qaxa istirahətə gələn şəxslər cərimələniblər. Kürdəmirdə də kafedə ad günü keçirənlər cərimələnib. Qubada isə koronavirusa yoluxmuş şəxsin yaşayış yerini tərk etməsi aşkarlanıb.

Qaxa istirahətə gedən 9 nəfər cərimələnib.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərt karantin rejimi elan edilən şəhər və rayonlardan icazələri olmadan istirahətə gələn şəxslərin müəyyən edilməsi məqsədilə reyd keçirilib.Bu zaman bəzi şəxslərin qaydaları pozaraq Qaxa istirahətə gəldikləri məlum olub. Qaydaları pozduqları üçün 9 nəfər barəsində protokol tərtib edilib. Onların hər biri 200 manat məbləğində cərimələnib.

Kürdəmirdə isə karantin rejimini pozan kafe aşkarlanıb.Polis əməkdaşları rayonun Xəlsə kəndində fəaliyyət göstərən kafedə ad günü təşkil edərəkkarantin qaydalarının pozulması faktını müəyyən ediblər. Keçirilən əməliyyat tədbirləri nəticəsində kafe sahibi Babaşov Namiq Cəfər oğlu və onun müştəriləri saxlanaraq rayon polis şöbəsinə dəvət olunublar.

QubadaCOVID-19 infeksiyasına yoluxmuşrayon sakini Elnur Bayramovqaydalara zidd olaraq yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb. O, polis əməkdaşları tərəfindən yaşadığı ünvana qaytarılıb.

Bundan əlavə Quba Rayon Polis Şöbəsininəməkdaşları tərəfindən qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib.Reydlər zamanı qaydaları pozan şəxslər barəsindəprotokollar tərtib olunub və həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

Xəbər lenti