Xəzər Xəbər

Operativ Qərargah brifinq keçirdi - Kafe və restoranlar nə vaxt açılır? - VİDEO

Veb TV | 20:25 • 8 Avqust 2020
Operativ Qərargah brifinq keçirdi -

Rayonlara gediş-gəliş bərpa oluna, kafe və restoranlar isə açıla bilər. Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi - prezident administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. O bildirib ki, yumşaldılma addımları epidemioloji vəziyyət nəzərə alınaraq atılır. Karantinlə bağlı daha hansı yumşalma tədbirləri görüləcək?

 

''Avqustun 17-dən açıq havada kafe və restoranlar açıla bilər''. Bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Prezidentin köməkçisi - prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. O bildirib ki, rayonlara gediş-gəlişin açılması da əsas müzakirə mövzusudur.

 

Prezidentin köməkçisi həftə sonları ictimai nəqliyyatın bərpası və metroların açılıb-açılmayacağı məsələsinə də toxunub. Bildirib ki, metronun açılışı indiki vəziyyətdə müzakirə edilmir.

 

O bildirib ki, bütün yumuşaldılma addımlarının atılması vətəndaşların sanitar-epidemioloji qaydalara əməl etməsi və virusa yoluxanların sayının az olmasından asılıdır. Qaydalara əməl edilməsə nəzərdə tutulan açılışlar daha sonraya saxlanacaq və ya ümumiyyətlə hələlik yumuşaldılmaya gedilməyəcək. Prezidentin köməkçisi həmçinin qeyd edib ki, qarşıdakı vaxtlarda yoluxanların sayı arta da bilər.Bu məqsədlə insanlara tövsiyyə edilir ki, kütləvi toplaşmalardan maksium çəkinsinlər. Əks halda yoluxmanın artarması yenidən sərtləşdirmə tədbirlərinə səbəb ola bilər.

 

Şahmar Mövsümov Naxçıvana təyyarə reyslərinin artırılmasından da danışıb. Qeyd edib ki, Naxçıvana təyyarə reyslərinin artırılması ilə bağlı yaxın zamanlarda qərar qəbul ediləcək

 

Qeyd edək ki, Nazirlər kabineti yanında operativ qərargahın dünənki qərarına əsasən avqustun 10-dan etibarən qeyri-ərzaq mallarının satışını həyata keçirən ticarət obyektlərinin və əhaliyə məişət xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa olunacaq. İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəfov brifinq zamanı deyib ki, fəaliyyətinə icazə verilən biznes subyektləri yeni tələbləri nəzərə almaqla fəaliyyətlərini qurmalıdırlar. O bildirib ki, cərimələr sərtləşdirilə bilər.

 

Qeyd edək ki, son qərarlara əsasən sərt karantin rejminin tətbiq edildiyi rayonlarda ayın 10-dan etibarən açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə də icazə veriləcək

Xəbər lenti