Xəzər Xəbər

İş yerində lift boşluğuna yıxıldı - Ağır xəsarət alan şəxs işdən çıxarıldığını iddia edir - VİDEO

Veb TV | 19:58 • 8 Avqust 2020
İş yerində lift boşluğuna yıxıldı -

İş yerində lift boşluğuna düşən şəxsin 5 fəqərə sümüyü sınıb. Zərərçəkən iddia edir ki,o iş yerindən verilən vədə inanıbvə hüquq mühafizə orqanlarına hadisə barədə məlumat verməyib.2 aydan sonrazərərçəkmişinmüalicə xərcələri kəsilib və oişdən çıxarılıb.Mahmud Rəhimov hazırda kirayədə yaşayır. O hələ tamsağalmadığındanbaşqa yerdə işləyə də bilmir.

Qapını açaraq içəri girən şəxs, liftin olmaması səbəb ilə boşluğa yıxılır.

Üstəlik yıxılaraq ağır xəsarət alan şəxs iddia edir ki,bu haldan bir müddət sonra həmmüalicə xərcləri ödənilməyib həmdə çalışdığı müəssədən xaric edilib..Bu görüntünü ''Xəzər xəbər''-ə təqdim edən Mahmud Rəhimovadlı şəxs bildirib ki, hadisə mayın 7-də dondurma istehsalı ilə məşğul olan müəssisədə baş verib.

Onun sözlərinə görə iş yerindən verilən vədə inanaraq xəstəxanada ona müraciət edən hüquq mühafizə orqanları əməkdaşlarına da evdə yıxıldığını bildirib. Şikayətçi iddia edir ki,onun xəsarət almasına səbəb məhz müəssənin fəaliyyətini standartlara uyğun qurmaması olub.

Sözügedən məsələ ilə bağlı "Camal LTD" adlı müəssisə telefonlara cavab vermədiyindən, şirkətin yerləşdiyi binaya getdik. Burada isə mühafizəçi tərəfindən əvvəlcə gözləməli olduğumuz deyildi..Sonra isə binada səlahiyyətli şəxsin olmadığı bildirildi. Məsələ ilə bağlı hər hansı cavabdeh bir şəxsin mobil nömrəsi də təqdim edilmədi.

Hüquqşünas Xəyal Bəşirov isə bildirir ki, sözügedən vəziyyətdə bütün məsuliyyət həmin müəssənin rəhbərliyinin üzərinə düşür. Bu müddətdə nəyinki işçi işdən çıxarılmamalı, hətta onun bütün müalicə xərcləri təmin edilməli və sağaldıqdan sonra yenidən işlə təmin edilməlidir. Baş verən hadisənin hüquq mühafizə orqanlarından gizlədilməsi də əlavə məsuliyyət yaradır. Hər bir halda ziyan çəkən şəxs məhkəməyə müraciət edərək hüquqlarına müdafiə edə bilər-deyə hüquqşunas bildirib.

Xəbər lenti