Xəzər Xəbər

Həftəsonu ictimai nəqliyyat işləməyəcək - Taksi sürücüləri bu fürsətdən istifadə edir? - VİDEO

Veb TV | 20:12 • 7 Avqust 2020
Həftəsonu ictimai nəqliyyat işləməyəcək -

Şənbə-bazar günləri Bakıda yenə də ictimai nəqliyyat fəaliyyət göstərməyəcək. Belə olan halda həftə sonunu çimərlikdə keçirmək istəyənlər dəniz kənarına necə gedəcək? Vətəndaşların tək ümidi taksilərdir ki, onların da əksəriyyəti yaranan fürsətdən istifadə edərək, qiymətləri artırır.

Sms icazə sistemi ləğv edildi, çimərliklər açıldı. Həftə içi iş başında olanlar istirahət üçün şənbə və bazar günlərini gözləsələr də, həftə sonları yenə də ictimai nəqliyyatın fəaliyyət göstərməyəcəyi xəbəri hər kəsi məyus etdi.

Vətəndaşlar deyirlər ki, həftə sonları yalnız taksi ilə hərəkət etmək məcburiyyətində qalırlar ki, taksi sürücüləri də yaranan fürsətdənistifadə edərək, qiymətləri artırırlar.

Taksi sürücüləri də deyilənləri etiraf edir. Onların sözlərinə görə, şənbə-bazar günləri qiymətlər digər günlər ilə müqayisədə baha olur. Buna səbəb isə təlabatın çoxluğudur.

Qeyd edək ki, 15-16, 22-23, 29-30 avqust tarixlərində də ictimai nəqliyyat işləməyəcək.

Xəbər lenti