Xəzər Xəbər

BNA XƏBƏRDARLIQ ETDİ - Bəzi daşıyıcılar süni sərnişin sıxlığı yaradır - VİDEO

Veb TV | 21:19 • 6 Avqust 2020
BNA XƏBƏRDARLIQ ETDİ -

Bəzi daşıyıcılar sui-istifadə hallarına yol verərək saz vəziyyətdə olan avtobusları xəttə buraxmayıblar. Bu fakt Bakı Nəqliyyat Agentliyinin daşıyıcı şirkətlərin istehsalat bazalarına keçirdiyi baxış zamanı üzə çıxıb. Artıq agentlik 7 şirkətə xəbərdarlıq edib. Bu arada Bakıda avtobuslar üçün çəkilən xüsusi hərəkət zolaqlarının sayı da artırılır.

 

Bakıda bəzi daşıyıcı şirkətlər saz vəziyyətdə olan avtobusları xəttə buraxmayıblar. Bunu Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev deyib. O bildirib ki, agentlik tərəfindən daşıyıcılara müntəzəm marşrutlar üzrə avtobusların sərnişin tələbatına uyğun tənzimlənməsi barədə tapşırıq verilib. Ancaq bəzi daşıyıcılar bu tələbə əməl etməyib və ümumilikdə 7 daşıyıcının saz vəziyyətdə olan avtobusları xəttə buraxmadığı müəyyən edilib

 

Bildiririk ki, nəzarət tədbirləri davamlı olaraq aparılacaq, xüsusi ilə mövcud pandemiya şəraitində vətəndaşlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsini təmin etməyən daşıyıcılara qarşı sərt tədbirlər görüləcəkdir.

 

Bu arada Bakı Nəqliyyat Agentliyi paytaxt yollarında avtobuslar üçün nəzərdə tutulan xüsusi hərəkət zolaqlarının sayını artırır. Mais Ağayev deyir ki, bununla bağlı təklif hazırlanaraq aidiyyatı üzrə göndərilib. Yaxın vaxtlarda bakı şəhərində xüsusi hərəkət zolaqlarının şəbəkəsi yaradılacaq.

 

Mais Ağayev deyir ki, hazırda cəmi 2 küçə və 1 prospektdə xüsusi hərəkət zolaqları var. Ancaq həmin zolaqlar hazırda təyinatı üzrə tam istifadə edilmir. Aidiyyatı qurumlar qarşısında zolaqlaranəzarətin gücləndirilməsi məsələsi də qaldırılacaq.

Xəbər lenti