Xəzər Xəbər

Oğurluq etdi, peşman olmaq əvəzinə sevinirəm dedi VİDEO

Veb TV | 20:59 • 6 Avqust 2020
Oğurluq etdi, peşman olmaq əvəzinə sevinirəm dedi

İmişlidə oğurluq faktlarının üstü açılıb. Əməliyyatlaməktəbdən kompyuterlər,habelə pul və telefonoğurlayan şəxslərsaxlanıb. Oğrulardan biri əməlindənpeşman olmadığını , əksinə sevindiyini deyib. O nəyə və niyə sevinir ?

İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirillən əməliyyat axtarışları zamanı rayon ərazisində2 ayrı oğurluq faktının üstü açılıb.

Rayonun Otuziki kənd məktəbindən polis şöbəsinə daxil olan məlumatda məktəbin kompyuter avadanlıqlarının oğurlandığı bildirilib. Keçirilən əməliyat axtarışları zamanı oğurluq faktını törədən şəxs Otuziki kənd sakiniMusa Məlikov saxlanıb. Saxlanılan şəxs törətdiyi əməli etiraf edib.

Bundan əlavə keçrilmiş digər əməlaiyyat zamanı başqa biroğru da tutulub. İmişli şəhər Nəsimi küçəsi 16 ünvanında yerləşən evdən 110 manat pul vəsaiti və 495 manat dəyərində mobil telefon oğurlanması ilə bağlı İmişli rayon polis şöbəsinə məlumat verilib. Keçirilən əməliyat zamanı hadissəni törədən rayon sakini Əlişir Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. O, əməlini etiraf edərkən peşman olduğunu yox, əksinə sevindiyini deyib.

Hər iki faktla bağlı cinayət işi açılıb, hazırda istintaq davam etdirilir.

Xəbər lenti