Xəzər Xəbər

Bakıdakı bu xəstəxana sökülüb - Yerində yeni xəstəxana binası inşa edilir - VİDEO

Veb TV | 19:31 • 1 Avqust 2020
Bakıdakı bu xəstəxana sökülüb -

Yeni tikilən yaxud da əsaslı təmir olunan tibb ocaqlarının sayı artır. Belə səhiyyə müəssisələri sırasında 11 saylı birləşmiş şəhər xəstəxanası da var. 1928-ci ildə inşa olunan xəstəxana yenidən qurulur və ərazisində təcili yardım stansiyası da tikilir.

Köhnə xəstəxananın yerləşdiyi bina tam sökülüb və yerində müasir standartlara cavab verən yeni xəstəxana binası inşa edilir.

Görüntülər Nizami rayonu ərazisində yerləşən 11 saylı Birləşmiş şəhər xəstəxanasındadır. 45 çarpayılıq beşmərtəbəli binada işlərin demək olar ki, çox hissəsi görülüb.

Birləşmiş şəhər xəstəxanasının ərazisində təcili yardım stansiyası və digər binalar inşa olunub.

İnşasına 2016-cı ildə başlanılan xəstəxana binasının bu ilin oktyabr ayında təhvil verilməsi planlaşdırılır.

Xəbər lenti