Xəzər Xəbər

Aksiyalar və dəfn mərasimlərində iştirak koronavirusun yayılma sürətini artırır - VİDEO

Veb TV | 20:26 • 15 İyul 2020
Aksiyalar və dəfn mərasimlərində iştirak koronavirusun yayılma sürətini artırır -

İnsanların kütləvi şəkildə toplaşması koronavirusun yayılma sürətini daha da artırır.

Xezerxeber.az-ın məlumatına görə, vətəndaşların şəhid olmuş hərbçilərimizin yaşadığı ünvanlarda kütləvi şəkildə toplaşmaları və onların yaxınlarını ziyarət etmələri, dəfn mərasimlərində müşahidə olunan kütləvilik virusun yayım sürətini daha da artırır.

Orduya dəstək aksiyalarında da insanlar arasında sıx təmas və maskalardan istifadə edilməməsi halları baş verib.

Həkimlər bildirirlər ki, koronavirusun yayılması üçün ən münbit şərait insanlar bir yerə toplaşanda və kütləvi mərasimlərdə yaranır. Belə tədbirlərdə virus daşıyıcılarının sayının çox olması ehtimalı olduğu üçün, bunun nəticələri də ağır ola bilər.

Terapevt Nahid Məhərrəmov bildirir ki, bir neçə gün sonra bu cür kütləvi mərasimlərdə iştirak edənlərin minimum 5-10 faizinin ağır şəkildə yoluxduğu ortaya çıxacaq.

Yazıçılar Birliyinin katibi Rəşad Məcid isə deyir ki, vətənpərvərlik ruhu və emosiyalar insanlara virusu unutdurur. Lakin bu gözəgörünməz düşmən daim bizi təhdid edir.

Rəşad Məcid bildirir ki, insanların kütləvi şəkildə dəfn mərasimlərində iştirakı və onların orada hərbçilərlə sıx təması ordumuz üçün də ciddi təhlükə yaradır.

Həm həkimlər, həm də ictimaiyyət nümayəndələri vətəndaşları özlərini və yaxınlarını təhlükəyə atmamaq üçün diqqətli olmağa və karantin qaydalarına ciddi riayət etməyə çağırırlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti