Xəzər Xəbər

Evlərini tərk edən koronavirus xəstələri saxlanıb - VİDEO

Veb TV | 09:36 • 14 İyul 2020
Evlərini tərk edən koronavirus xəstələri saxlanıb -

Yaşadığı evi qanunsuz tərk edən aktiv koronavirus xəstəsi saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Sumqayıt Polis İdarəsi və 3-cü polis bölməsinin əməkdaşları şəhər ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar. Məlum olub ki, o, 9-cu mikrorayonda yaşayan 42 yaşlı Rövşən Bağırovdur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağrılıb. O, polis nəzarətinə götürülüb.

Qubanın Qam-Qam kəndində isə COVID-19-dan evdə müalicə alan Mətləb Neymətullayev yaşayış yerini tərk edib və qonşusu ilə mübahisə edərək dalaşıb. Mətləb Neymətullayevin yaşadığı ünvana qaytarılması təmin edilib və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib. Onun törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti