Xəzər Xəbər

Şəhid hərbçilərimiz dəfn edilib - VİDEO

Veb TV | 08:08 • 14 İyul 2020
 Şəhid hərbçilərimiz dəfn edilib  -

Düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimiz dəfn edilib.

Xezerxeber.az-ın məlumatına görə, düşmən təxribatının qarşısını alarkən şəhid olan əsgər Xəyyam Daşdəmirov doğulduğu İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Döyüşlər zamanı 2 hərbi qulluqçumuz şəhid olub, 5 nəfər isə yaralanıb. Yaralanan Xəyyam Daşdəmirovun həyatını xilas etmək mümkün olmayıb.

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan baş əsgər Elşad Məmmədov da doğulduğu Tovuzun Ağdam kəndində torpağa tapşırılıb. Mərasimdə hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhid olan əsgər Vüqar Sadıqov isə Ağstafada son mənzilə yola salınıb. O, doğulub boya-başa çatdığı Göcəli kəndində torpağa tapşırılıb. Hərbçi yoldaşlarının da iştirak etdiyi dəfn mərasimində tabutun büküldüyü üçrəngli bayraq şəhidin oğluna təhvil verilib.

Düşmən təxribatının qarşısını alarkən şəhid olan zabitimiz, baş leytenant Rəşad Mahmudov da doğulub böyüdüyü Biləsuvar rayonunda dəfn edilib. Dəfn mərasimində Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və rayon icra hakimiyyətinin nümayəndələri ilə yanaşı, şəhidin hərbçi yoldaşları və rayon ictimaiyyəti də iştirak ediblər.

Şəhid Rəşad Mahmudovun nəşi Aşağı Cürəli kənd qəbristanlığında torpağa tapşırılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti