Xəzər Xəbər

DSX çayda batan əsgərin yaxınlarını əraziyə aparıb - VİDEO

Veb TV | 08:12 • 14 İyul 2020
DSX çayda batan əsgərin yaxınlarını əraziyə aparıb -

Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin Alazan çayında batan əsgərinin yaxınları hadisə baş verən əraziyə aparılıb.


Xezerxeber.az-ın məlumatına görə, əsgər Fərdi Yarəliyevin qohumları onun öldüyü çay kənarında olub, şahidlər və əsgər yoldaşları ilə görüşüblər.


Əsgərin çayda üzməsinə şahid olan, ona bunun təhlükəli olduğunu deyən Zaqatala rayonu Birinci Tala kənd sakini Ramazan Hacıyev gördüklərini mərhumun valideyninə danışıb.


Sərhəd zastavasında sərhəd naryadında olan hərbi qulluqçuların təhlükəsizlik qaydalarının tələbləri, o cümlədən də çayda üzmənin qəti qadağan edilməsi barədə qeydiyyatlar mərhumun qohumlarına təqdim olunub.


Məhkəmə tibb eksperti Ramin Cəbrayılov keçirdiyi tibbi ekspertiza barədə məlumat verib.


Zaqatala hərbi prokuroru Surxay Hüseynov əsgərin yaxınları ilə görüşüb, mərhumun cəsədinin çaydan çıxarılmasını əks etdirən videomateriallar nümayiş etdirilib, suallar cavablandırılıb.


Qeyd edək ki, hərbi xidmətdə ölmüş Fərdi Yarəliyevin yaxınları sosial mediada onun çayda batması ilə bağlı məlumatı qəbul etmədikləri barədə məlumatlar yayıblar. Onlar mərhum əsgərin cəsədinin şəkil və videogörüntüsünü paylaşaraq, onun güllə yarasından öldüyünü iddia ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:





Xəbər lenti