Xəzər Xəbər

Karantin qaydalarını pozanlara qarşı reydlər keçirilir - VİDEO

Veb TV | 09:18 • 10 İyul 2020
Karantin qaydalarını pozanlara qarşı reydlər keçirilir -

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları və yaradılan mobil işçi qrup tərəfindən reyd keçirilib.

Xezerxeber.az-ın məlumatına görə, Sumqayıt şəhərində fəaliyyət göstərən marketlərdən birində keçirilən reyd zamanı məlum olub ki, marketdə karantin qaydaları kobud şəkildə pozulur. Müştərilərə xidmət göstərən satıcıların heç biri əlcəkdən istifadə etmir. Qaydaları pozanlar cərimə edilib.

Qusar rayonunda da karantin qaydalarına əməl etməyənlərə qarşı reyd keçirilib. Müvafiq icazə olmadan rayona istirahətə gələn xeyli şəxs aşkar edilib. İstər Bakı şəhərindən, istərsə də sərtləşdirilmiş karantin rejimi elan olunan digər rayonlardan karantin qaydalarını pozaraq istirahətə gələn şəxslərə cərimə yazılıb.

Şəmkirdə isə kafe və restoranlarda yoxlamalar aparılıb. Rayon icra hakimiyyəti başçısı yanında operativ qərargahın və polis əməkdaşlarının keçirdikləri reyd zamanı bəzi ictimai-iaşə obyektlərində neqativ hallara yol verildiyi aşkarlanıb.

Obyektlərin işçiləri və sahibləri barədə müvafiq tədbirlər görülüb. 33 nəfərə protokol tərtib edilərək 200 manat cərimə yazılıb. Təzəkənd kənd sakini Rauf Cəfərov isə məhkəmənin qərarı ilə 8 gün müddətində inzibati qaydada həbs edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti