Xəzər Xəbər

“Balıq evi” karantin qaydalarını pozdu VİDEO

Veb TV | 20:49 • 4 İyul 2020
“Balıq evi” karantin qaydalarını pozdu

Bakıda karantin qaydalarının pozulduğu bir kafedə 8 nəfər saxlanıb. Məlum olub ki, həmin şəxslər qaydalara zidd olaraq kafedə yeyib-içirlərmiş. Polis obyekt sahibi və 7 müştərini saxlayıb

 

Karantin qaydalarını pozaraq restoranda müştəri qəbul edir…

Müştərilər həm içəridə, həm də açıq havada əyləşərək yeyib-içirlər. Bura Sabunçu raonu Pirşağı qəsəbəsidir. Qəsəbədə sanitar-karantin qaydalarını pozaraq gizli fəaliyyət göstərən restoran aşkar edilib.

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Pirşağı qəsəbəsindən yerləşən "Balıq evi" kafesinin karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi aşkar olunub.

Obyekt sahibi Mehdi Əliyev və orada olan 7 müştəri saxlanılıb.

Saxlanılan şəxslər polis bölməsinə gətirilib. Bölmədə obyekt sahibi və müştərilər tibbi maskalarla təmin ediliblər. Karantin qaydalarını pozan obyekt sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1500 manat, müştərilərin hər biri isə 100 manat məbləğində cərimə olunublar.

Xəbər lenti

Çox oxunanlar