Xəzər Xəbər

Bakıda bağ evlərin kirayə qiymətləri nə qədərdir? VİDEO

Veb TV | 20:18 • 4 İyul 2020
Bakıda bağ evlərin kirayə qiymətləri nə qədərdir?

Son dövrlər Bakıətrafı kənd və qəsəbələrdə yerləşən bağ evlərinə olan tələbat artıb. Bu isə öz növbəsində qiymət artımına səbəb olub. Aylığı 10-15 min manata təklif olunan bağlar var. Ekspertlər bildirir ki, vətəndaşlar daha çox hovuzu olan evlərə maraq göstərirlər.

Koronavirus infeksiyasi insanların tətil planlarını da alt-üst edib. Sərhədlər bağlı olduğundan xarici ölkələrə səyahət etmək mümkün deyil. Ölkə daxilində də rayonlara gediş-gəliş məhdudlaşdırıldığından insanların, xüsusilə paytaxt sakinlərinin diqqətləri bakıətraf kənd və qəsəbələrdə yerləşən bağ evlərinə yönəlib.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, bağ evlərinə tələbat xeyli artıb.Bu isə kirayə qiymətlərinə ciddi təsir göstərib.Həm aylıq, həm də günlük kirayə qiymətlərində kəskin bahalaşma var.

Qiymət artımı təkcə inzibati mərkəzlərə yaxın zonalarda müşahidə edilmir.

Ekspertin sözlərinə görə vətəndaşlar daha çox hovuzu olan bağ evlərinə maraq göstərirlər. Qiymət artımının yayın sonuna qədər davam edəcəyi proqnozlaşdırılır..

Xəbər lenti