Xəzər Xəbər

Sahibkarlar üçün yeni elektron kredit platforması - VİDEO

Veb TV | 21:48 • 30 İyun 2020
Sahibkarlar üçün yeni elektron kredit platforması -

Sahibkarlara yeni elektron kredit platforması təklif olunacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov yaranmış yeni çağırışlar, sahibkarlığa yeni dəstək mexanizmləri və sahibkarların bu dəstək üçün onlayn rejimdə müraciət etməsi üçün yaradılmış Elektron Kredit Platformasının təqdimatına həsr edilmiş brifinqdə deyib. Onun sözlərinə görə, növbəti aylarda həmin platforma vasitəsilə sahibkarlar kredit almaq üçün bir deyil, iki banka müraciət edə biləcəklər.

Nazir pandemiyanın ölkə iqtisadiyyatına vurduğu təsirdən də danışaraq bildirib ki, idxal və ixracda azalma müşahidə olunur. İlin sonuna isə iqtisadiyyatın inkişafı və sahibkarlıq subyektlərinin canlandırılması üçün əlavə tədbirlərin həyata keçirilməsi planlaşdırılıb.

Nazir sahibkarlıq subyektlərinin sanitar-epidemioloji tələblərə əməl edib-etməməsindən də danışıb. Bildirib ki, sabahdan sahibkarlıq subyektlərində monitorinqlər daha da gücləndirilmiş rejimdə keçiriləcək.

Mikayıl Cabbarov sənaye parklarının hazırki durumundan da danışaraq qeyd edib ki, bu parklarda 150-200 milyon dollarlıq layihələrin başlanması üçün aparılan danışıqlar yekunlaşmaq üzrədir.

Həmçinin qeyd edilib ki, son il yarım ərzində ölkədə əmək müqavilələrinin sayı 210 min ədəd artıb. 26 iyun tarixinə əmək müqavilələrinin ümumi sayı 751 min 705-ə çatıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti