Xəzər Xəbər

Poliklinikaların COVID-19-la mübarizədə görəcəyi işlər açıqlanıb - VİDEO

Veb TV | 19:50 • 30 İyun 2020
Poliklinikaların COVID-19-la mübarizədə görəcəyi işlər açıqlanıb -

Vətəndaşlar COVID-19-la bağlı yaşadıqları ünvana uyğun müvafiq poliklinikalarla əlaqə saxlayacaqlar.

Xezerxeber.az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin poliklinikalar üçün hazırladığı metodik tövsiyələrdə belə deyilir.

Paytaxt üzrə bütün poliklinikalara verilən tövsiyə və təlimatlara əsasən, simptomsuz pasiyentlərin evdə müşahidəsi və yüngül gedişatlı xəstələrin müalicəsi təmin ediləcək.

Koronavirusa yoluxmuş xəstələri sahə həkimləri müşahidə və nəzarət altında saxlayacaqlar. Belə xəstələrin çağırışına gedən həkim və tibb bacıları mütləq şəkildə qoruyucu vasitələrdən istifadə etməlidirlər. Artıq çağırışlar üçün xüsusi avtomobillər ayrılıb və tibbi briqadalar təşkil olunub.

Tibbi briqadaların heyəti 14 gündən bir dəyişəcək. Evdə sahə həkimlərinin nəzarəti və müşahidəsi ilə aparılan müalicə müsbət nəticə verməsə və ya həmin xəstələrin səhhətlərində hər hansı pisləşmə müəyyən edilsə, onlar dərhal hospitalizasiya olunacaq. Risk qrupuna aid şəxslər üçün də müəyyən tibbi yardım göstəriləcək.

Qeyd edək ki, poliklinikalar COVID-19-un müalicəsi ilə yanaşı, öz adi fəaliyyətlərini də davam etdirir. Yəni dispanser qeydiyyatı olan digər xəstəliklərlə pasiyentlər poliklinikalarla telefonla təmas qura, həkimləri ilə əlaqə saxlaya və tələb olunduqda poliklinikaya gəlib, müayinədən keçə bilərlər. Vətəndaşlara tövsiyə olunur ki, infeksiyadan qorunmaq üçün poliklinikalara yalnız zəruri hallarda getsinlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti