Xəzər Xəbər

Xaçmazda ağır qəza, Neftçalada isə bədbəxt hadisə baş verib - VİDEO

Veb TV | 20:40 • 30 İyun 2020
Xaçmazda ağır qəza, Neftçalada isə bədbəxt hadisə baş verib -

Xaçmazda yük və minik avtomobillərinin toqquşması ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Çarxı-Sayad kəndi ərazisində qeydə alınıb.

Şabran rayon sakini Fərrux Nəzərovun idarə etdiyi minik avtomobili qarşıdan gələn yük maşını ilə toqquşub. Minik maşını yoldan çıxıb və bəzi hissələri qopub. Nəticədə sürücü Fərrux Nəzərov hadisə yerində dünyasını dəyişib.

Neftçala rayonunda isə bədbəxt hadisə baş verib. İki yaşlı uşaq yük maşınının altında qalıb. Hadisə rayonun Xəzərkənd kəndində qeydə alınıb. Masallı rayon sakini 37 yaşlı Cavanşir Təhməzov yük maşını ilə hərəkətdə olarkən yaxınlıqda olan 2 yaşlı Əkbər Həsənlini vuraraq öldürüb. Şahidlərin sözlərinə görə, Cavanşir Təhməzov qonşuya mebel gətiribmiş. Həyətdə avtomobillə arxaya hərəkət edərkən Əkbər nənəsinin əlindən çıxaraq maşının arxasına doğru qaçıb. Nəticədə 2 yaşlı Əkbər hərəkətdə olan avtomobilin təkəri altında qalaraq dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti