Xəzər Xəbər

Azərbaycanda market işçisində koronavirus aşkarlanıb - 45 əməkdaş karantinə alınıb - VİDEO

Veb TV | 20:30 • 5 İyun 2020
Azərbaycanda market işçisində koronavirus aşkarlanıb -

Sumqayıtda fəaliyyət göstərən marketlərdən birinin bir işçisi koronavirusa yoluxub. Bu səbəbdən onunla ünsiyyətdə olduğu ehtimal edilən marketin 45 əməkdaşı da evdə karantinə alınıblar.

Bundan başqa, marketdə müqavilə əsasında mühafizə xidməti həyata keçirən şirkətlərdən birinin 2 əməkdaşının da koronavirus testinin nəticələri pozitiv çıxıb. Marketdən "Xəzər Xəbər"ə faktı təsdiq ediblər.

Koronavirus faktı aşkar edildikdən dərhal sonra marketdə nəzarət gücləndirilib. Çünki gün ərzində bura yüzlərlə müştəri daxil olur.

Marketdən o da bildirilib ki, evdə qalan işçilər analiz verəcəklər. Virus aşkarlanmayan əməkdaşları yenidən işə cəlb olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti