Xəzər Xəbər

İmtahanlarda iştirak belə olacaq - VİDEO

Veb TV | 20:55 • 3 İyun 2020
İmtahanlarda iştirak belə olacaq -

Dövlət İmtahan Mərkəzi tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun imtahanların keçirilməsi qaydaları ilə bağlı maarifləndirici videoçarx hazırlanıb.

Xezerxeber.az-ın məlumatına görə, videoçarx imtahan mərkəzlərində (zallarında) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunması məqsədilə hazırda koronavirus (COVID-19) infeksiyasına dair aparılan elmi araşdırma faktlarına əsaslanaraq ərsəyə gətirilib.

Qeyd edilib ki, bu il orta məktəblərin buraxılış imtahanları, eləcə də, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının pandemiya şəraitinin tələblərinə uyğun şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti