Xəzər Xəbər

Bu banklarda əmanəti olanlara kompensasiyaların verilməsinə başlanıb - VİDEO

Veb TV | 19:29 • 1 İyun 2020
Bu banklarda əmanəti olanlara kompensasiyaların verilməsinə başlanıb -

Bu gündən başlayaraq "Atabank" və "Amrahbank" da 30 min manatadək olan əmanətlərin qaytarılmasına başlanılıb. Bunun üçün vətəndaşlar agent bank olan Kapital Bankın filiallarına yaxınlaşmalıdır.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında məlumat verib.

Baş bankir bağlanmış banklarda qorunan əmanətlərin həcminin 680 mln. manat təşkil etdiyini, bu vəsaitin 200 mln. manatının Əmanətlərin Sığortalanması Fondunun hesabına, 480 mln. manatının isə Mərkəzi Bankdan dövlət zəmanəti ilə kredit şəklində veriləcəyini bildirib.

Elman Rüstəmov Azərbaycanda xarici valyutaya tələbin azaldığını da qeyd edib.

O, 1 iyuldan sonra "Atabank" və "Amrahbank"da olan 30 min manatdan yuxarı olan ödənişlərin, 16 iyun dan sonra isə "AGBank" və "NBC Bank"da olan qorunan ödənişlərin qaytarılacağını bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti