Xəzər Xəbər

Təyyarə turistlərin gözü qarşısında dənizə düşdü - VİDEO

Veb TV | 15:06 • 1 İyun 2020
Təyyarə turistlərin gözü qarşısında

Böyük Britaniyanın Hempşirqraflığında çimərlikdə dincələn turistlər kiçik mühərrikli "Cirrus SR22” təyyarəsinin dənizə çırpılmasının şahidi olublar.

Bu barədə "Daily Mail” xəbər yayıb.

Həmin vaxtdörd yaşlı qızı ilə çimərlikdə olan 37 yaşlı Emi Sleyd ilk əvvəl bərk gurultu eşitdiyini bildirib.

"Biz çevrildik və səmadan sürətlə enən təyyarəni gördük. O, burnu aşağı uçurdu, sonra quyruq hissəsində paraşüt göründü. Bundan dərhal sonra xilasedici helikopter köməyə gəldi”, - deyə qadın baş verənləri xatırlayır.

O, hadisə nəticəsində ölən olmadığı üçün çox sevindiyini vurğulayıb.

Digər turist - 70 yaşlı Kristina Heybol isə baş verənləri binoklla izlədiyini deyib:

"Təyyarə dənizə düşdükdən sonrapilot kabinənin qapısını açaraq çıxdı. Ovə sərnişinxüsusi qayıqla sahilə aparıldılar”./oxu.az


Xəbər lenti