Xəzər Xəbər

Şiddətli külək kişini qaldırıb asfalta çırpdı ANBAAN VİDEO

Veb TV | 19:33 • 25 May 2020
Şiddətli külək kişini qaldırıb asfalta çırpdı

Rusiyanın Yekaterinburq şəhərində güclü qasırğa fəsadlar törədib, külək ağacları kökündən çıxarıb, evlərin damını uçurub.

REN TV xəbər verir ki, internetdə qasırğa zamanı xəsarət alan kişinin görüntülərini əks etdirən kadrlar yayımlanıb.

Şəhər sakinlərindən biri güclü külək nəticəsində yerə düşən polikarbonat dam örtüyünü qaldırmaq qərarına gəlib. Lakin küləko qədər güclü olub ki, dam örtüyünü və üstündə dayanan kişini havaya qaldıraraq asfalta çırpıb.

oxu.az

Xəbər lenti