Xəzər Xəbər

Ot bahalaşıb - VİDEO

Veb TV | 20:41 • 24 May 2020
Ot bahalaşıb -

Bölgələrdə ot bağlamasının qiyməti artıb.

Xezerxeber.az-ın məlumatına görə, Göyçayda ötən ilin müvafiq dövrü ilə müqayisədə ot bağlaması 2 dəfə bahalaşıb.

Məsələn, ötən ilin mayında 1 bağ yonca 2-2,50 manata satılırdısa, bu il 4-5 manata təklif edilir.

Ötən il 1, 50 manat olan təbii otun 1 bağlaması isə hazırda 3 manat, 3 manat 80 qəpik arasında dəyişir.

Göyçaya ot əsasən Zərdab və Ağcabədi rayonlarından gətirilir. Həm satıcılar, həm də alıcılar otun baha olmasını payız və qış aylarında havaların quraq keçməsi ilə əlaqələndirirlər.

Goranboyda isə sahələrdən yığılan yonca bağlamasının qiyməti hazırda 3-3,50 manat arasında dəyişir. Ötən illə müqayisədə hər bağlamada 1 manat, 1 manat 50 qəpik bahalaşma var.

Burada da bahalaşmaya səbəb kimi otun az olması göstərilir.

Qış aylarında otun daha da bahalaşacağı gözlənir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti