Xəzər Xəbər

''Ələt azad iqtisadi zonası'' ölkə iqtisadiyyatına böyük töhfə verəcək VİDEO

Veb TV | 19:52 • 23 May 2020
''Ələt azad iqtisadi zonası'' ölkə iqtisadiyyatına böyük töhfə verəcək

Ölkəmizdə iqtisadi zonanın yaradılması həm xarici investisiyaların cəlbinə, həm ixrac həcminin artmasına, həm də iş yerlərinin sayının çoxalmasına səbəb olacaq. Bu fikirləri Milli Məclisin İqtisadi Siyasət və Sahibkarlıq Komitəsinin üzvü Vüqar Bayramov ölkə başçısının fərmanı ilə ötən gün yaradılan ''Ələt azad iqtisadi zonası"ndan danışarkən bildirib. Bu zona öz qanunları ilə idarə ediləcəyindən iqtisadi potensialı da yüksək olacaq.



Ölkəmizdə ötən gün dövlət başçısının fərmanı ilə yaradılan və orda çalışacaq sahibkarlara böyük vergi və gömrük güzəştlərinin ediləcəyi ''Ələt azad iqtisadi zonası'' ölkə iqtisadiyyatına böyük töhfə verəcək. Bu fikirləri millət vəkili, iqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. O, bu yeniliklə iqtisadiyyatın bir çox sahəsində inkişafa nail olunacağını deyib.



Eyni zamanda azad zona Azərbaycan qanunvericiliyə ilə deyil, yeni yaradılacaq Azad Zona qanunvericiliyə ilə idarə ediləcəyindən burada istehsalat və ixrac imkanları da böyük olacaq. Eyni zamanda Bakı Beynəlxalq Dəniz Ticarət limanının da bu əraziyə daxil edilməsi nəzərdə tutulur.


Vüqar Bayramov bu zonanın fəaliyyətə başlaması ilə ölkəmizdə iş yerlərinin sayının da artağını bildirib.


Qeyd edək ki, ölkə başçısnın fərmanı ilə Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqlar azad iqtisadi zonanın ərazisi qismində müəyyən edilib.



Xəbər lenti