Xəzər Xəbər

Əhaliyə xəbərdarlıq: Bu gecədən... VİDEO

Veb TV | 18:30 • 23 May 2020
Əhaliyə xəbərdarlıq: Bu gecədən...

Ölkədə hava şəraiti dəyişəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah da ölkə ərazisində güclü külək və yağıntı ilə müşayiət olunacaq qeyri-sabit hava şəraiti davam edəcək.


Bu gecədən etibarən hava şəraiti kəskin dəyişəcək və temperatur 8-10 dərəcə düşəcək.. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, qeyri-sabit hava şəraiti ölkədə sabah gün boyu davam edəcək.


Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib ki, sabah paytaxtla yanaşı, bölgələrdə də hava şəraiti qeyri-sabit olacaq. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənir.


Sabah bölgələrdə havanın temperaturu 22-27, dağlıq və dağətəyi ərazilərdə isə 10-15 dərəcə təşkil edəcək. Mayın 25-i gündüz saatlarından başlayaraq yağıntının tədricən kəsiləcək və əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunacaq. Mayın 26-dan etibarən isə həm bölgələrdə, həm də paytaxtda hava şəraitinin mülayimləşəcəyi və yağmursuz olacağı proqnozlaşdırılır.


Xəbər lenti