Xəzər Xəbər

Balıq ovuna gedən uşaq çoxillik sirrin üstünü açdı - VİDEO

Veb TV | 13:27 • 22 May 2020
Balıq ovuna gedən

Balıq ovuna gedən altı yaşlı uşaq qonşusunun itmiş seyfi ilə bağlı çoxillik sirrin üstünü açıb.

"ABC News 4”ün məlumatına görə, hadisə ABŞ-ın Cənubi Karolina ştatında qeydə alınıb.

Noks Bryuer "YouTube” platformasında maqnit balıqçılığı barədə (qarmaq yerinə güclü maqnitdən istifadə olunur) verilişə baxdıqdan sonra bunu sınamaq istəyib.

"Düşündük ki, bu yolla o, koronavirusa görə tətbiq olunan özünü təcrid rejimindən daha rahat çıxa bilər. Noks hətta hansı daşların maqnitə yapışdığını, hansının yapışmadığını öyrəndi”, - deyə azyaşlının anası Ketrin bildirib.

Ov zamanı Noksun maqniti ağır bir əşyaya yapışıb, yoldan keçən şəxsin köməyi ilə "şikarı” çəkib çıxarmaq mümkün olub. Gölün dibində tapılan əşya içərisində zərgərlik məmulatları, bloknot və çek kitabçası olan metal seyf imiş.

"Biz seyfi açdıq. Bilirdim ki, tapıntı hökumətə təhvil verilməli, onlar da bu sirri araşdırmağa başlamalıdırlar. Bu, həmçinin, Noksa belə vəziyyətlərdə necə davranmağın düzgün olduğunu göstərmək üçün əla fürsət idi”, - deyəuşağın atası Conatan bildirib.

Bryuerlər ailəsi tapıntı barədə polisi məlumatlandırıblar. Məlum olubki, seyf səkkiz il öncə qonşuluqda yaşayan qadından oğurlanıb.

"Onun ilk elədiyi dizi üstə çökərək, Noksu qucaqlamaq və sirri tapmağa kömək etdiyi üçün ona təşəkkür etmək oldu. Oğlum gələcəkdə polis olmaq istəyir, çünki araşdırma aparmaq, suallar vermək və məsələnin məğzini öyrənmək onun xoşuna gəldi”, - deyə Conatan əlavə edib./oxu.az

Xəbər lenti