Xəzər Xəbər

Bakıda oğurluqla məşğul olan şəxslər tutulub - VİDEO

Veb TV | 19:17 • 21 May 2020
Bakıda oğurluqla məşğul olan şəxslər tutulub -

Bakıda mənzillərdən oğurladığı qiymətli əşyaları sosial şəbəkələrdə satan şəxs tutulub.

Xezerxeber.az-ın məlumatına görə, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan Səbuhi Hüseynov rayon polis idarəsinə şikayət edərək bildirib ki, evin plastik pəncərəsini sındırıb içəri daxil olan naməlum şəxs mənzildən ümumi dəyəri 1200 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.

Eyni zamanda həmin qəsəbədə yaşayan daha 5 nəfər oxşar məzmunlu şikayətlərlə polisə müraciət edərək müxtəlif vaxtlarda onların da mənzillərindən pul və digər qiymətli əşyalar oğurlandığını bildiblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisələrini törətməkdə şübhəli bilinən İsmayıllı rayon sakini Elşən İsayev qısa zamanda tutularaq istintaqa təqdim edilib. O, təkzibedilməz faktlar və sübutlar qarşısında törətdiyi qanun pozuntularını etiraf edərək ümumilikdə 6 evdən oğurluq etdiyini bildirib.

Araşdırma zamanı müəyyən olunub ki, Elşən İsayev evlərdən oğurladığı qızıl-zinət əşyalarının bir qismini "İnstagram" sosial şəbəkəsində satıb. Əldə etdiyi pul vəsaitlərini isə şəxsi ehtiyaclarına xərcləyib. Onun ümumilikdə zərərçəkənlərə 9 min manata yaxın maddi ziyan vurduğu məlum olub.

Paytaxtın Binəqədi polisi isə Biləcəri qəsəbəsində, İsmayıl İsmayılzadənin ''VAZ 2107'' markalı avtomobilini oğurlayan, əvvəllər məhkum olunmuş Sahib Əliyev və onun bacısı oğlu Nicat Musayevi saxlayaraq istintaqa təqdim ediblər. Araşdırma zamanı müəyyən edilib ki, Sahib Əliyev avtomobili qaçırandan sonra yaşadığı Abşeron rayonu, Məhəmmədi qəsəbəsində sökərək hissələrə ayırıb. Daha sonra o, həmin ehtiyat hissələrinin bəzilərini bacısı oğlu Nicat Musayevin tapdığı müştərilərə satıb. Qaçırılan nəqliyyat vasitəsinin qalan hissələri polislər tərəfindən Sahib Əliyevin yaşadığı evin həyətindən aşkar olunaraq götürülüb.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti