Xəzər Xəbər

Güclü siklon 21 nəfərin həyatına son qoydu VİDEO

Veb TV | 12:28 • 21 May 2020
Güclü siklon 21 nəfərin həyatına son qoydu

Şərqi Hindistanda və Banqladeşdə meydana gəlmiş"Amfan” siklonu nəticəsində azı 21 nəfər həyatını itirib.

Bu barədə "Hindustan Times” nəşri xəbər yayıb.

Siklon Hindistanın şərqində yerləşən Qərbi Benqaliya ştatının elektrik enerjisitəchizatında problemlər yaradıb, iqtisadiyyata ciddi ziyan vurub. Sahilyanı ərazilərdə yaşayış binaları, körpülər və digər tikililər yararsız hala düşüb.

Qərbi Benqaliyanın Baş naziri Mamata Banerci bildirib ki, siklonun bölgəyə vurduğu zərər koronavirus pandemiyasından daha böyükdür./oxu.az

Xəbər lenti