Xəzər Xəbər

Vətəndaşlar hərəkət məhdudiyyətinə əməl edirmi? - VİDEO

Veb TV | 19:32 • 6 Aprel 2020
Vətəndaşlar hərəkət məhdudiyyətinə əməl edirmi? -

İki gündür ki, ölkə ərazisində hərəkət məhdudiyyəti tətbiq edilib.

Xezerxeber.az-ın məlumatına görə, Nərimanov rayonu ərazisində polis və Daxili Qoşunların hərbi qulluqçuları küçədə ara-sıra görünən insanlara yaxınlaşaraq onların icazəsi olub-olmamasını yoxlayıblar. Yoxlama zamanı bəzi vətəndaşlar 8103-ə SMS yazaraq icazə əsasında çıxdıqlarını deyiblər.

Yoxlama zamanı iş yerindən arayış əsasında evdən çıxıb işə gedənlərə də rast gəlinib. Buna rəğmən polis onlara da xəbərdarlıq edib.

Elə yol polisləri də şəhərdə hərəkət edən avtomobilləri saxladıb onların sürücü və sərnişinlərini yoxlayırlar. Taksi sürücülərinə isə yol polisi icazəsi olmayan şəxsləri müştəri kimi avtomobilə mindirməməyi tapşırıb.

Qeyd edək ki, yol polisi icazəsiz yola çıxan şəxsləri aşkar etdikdə onları inzibati qaydada 100 manat məbləğində cərimə edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti