Xəzər Xəbər

Qeyri-ciddi, aidiyyəti olmayan SMS göndərənlərə xəbərdarlıq - VİDEO

Veb TV | 19:38 • 5 Aprel 2020
Qeyri-ciddi, aidiyyəti olmayan SMS göndərənlərə xəbərdarlıq -
Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 223 min telefon nömrəsindən 456 min SMS göndərilib. 


Bu barədə məlumatı ''Xəzər Xəbər''ə "ASAN Xidmət”in mətbuat katibi Elnur Niftəliyev deyib. 


Onun sözlərinə görə, daxil olan mesajlardan təqribən 284 mini, yəni 62 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb.

Qeyd edək ki, yaşayış yerini tərk etmək üçün qeyri-ciddi, aidiyyəti olmayan SMS-lərin göndərilməsi yaşayış yerini zəruri olaraq tərk etmək istəyən vətəndaşlara SMS-in vaxtında göndərilməsinə maneə törədir. "ASAN Xidmət” rəsmisi hər kəsi belə hallardan çəkinməyə çağırır və bildirir ki, əks halda bu cür hallar karantin rejimi tələblərinin pozulmasi kimi qiymətləndirilə bilər.

Təsdiq cavabı gəldikdən sonra müraciət edən vətəndaş olduğu yeri tərk edə bilər. Evdən çıxarkən vətəndaşın üzərində şəxsiyyət vəsiqəsinin olması mütləqdir. Vətəndaşların diqqətinə çatdırılır ki, yalnız zərurət yarandığı halda xidmətdən istifadə etsinlər. İcazə alınması zamanı sui-istifadə halları daim araşdırılacaq. Belə hallara yol verən vətəndaşlar barəsində ciddi məsuliyyət tədbirləri görüləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti