Xəzər Xəbər

Azərbaycan OPEC+ ölkələrinin görüşünə qatılacaq VİDEO

Veb TV | 20:58 • 4 Aprel 2020
Azərbaycan OPEC+ ölkələrinin görüşünə qatılacaq

''Azərbaycan OPEC+ ölkələrinin görüşünə qatılacaq''. Bunu energetika nazirinin müşaviri Zəminə Əliyeva "Xəzər Xəbər"ə açıqlamasında deyib. Onun sözlərinə görə, videokonfrans şəklində baş tutacaq görüşdə razılıq əldə olunarsa, dünya neft bazarında qiymət stabilliyi əldə edilə bilər.

Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin videokonfrans formatında planlaşdırılan görüşünə qatılaraq, neft bazarının qlobal şəkildə tənzimlənməsi prosesinə töhfə verməyə hazırdır. Bunu Energetika nazirinin müşaviri Zəminə Əliyeva Xəzər Xəbər-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, tələbin azalması səbəbindən dünya neft bazarında qiymət sürətlə düşür, bu isə heç bir neft hasil ödən ölkə üçün sərfəli deyil.

Energetika Nazirliyinin rəsmisi bildirib ki, indi dünya neft bazarının tənzimlənməsi prosesində yeni bir mərhələnin başlanğıcındadır. Hasilatçılar tərəfindən razılıq əldə edilərsə, qiymətləri tənzimləmək mümkündür.

Açıqlamada o da bildirib ki, Opec + formatının yaranmasında mühüm rol oynayan Azərbaycan yeni öhdəliklər götüməyə hazırdır.

Xəbər lenti