Xəzər Xəbər

Sakinlər zibil qutularının az olmasından narazıdırlar VİDEO

Veb TV | 21:05 • 31 Mart 2020
Sakinlər zibil qutularının az olmasından narazıdırlar

Xətai rayonu, NZS qəsəbəsində yaşayan sakinlər zibil qutularının qoyulduğu yerdən və qutuların sayının az olmasından narazıdırlar. Onlar bildirirlər ki, qutular cəmi 1-2 saat içində dolur və zibillər yerə atılır. Bu isə ərazidə antisanitar vəziyyət yaradır.

Zibil yeşikləri ərzaq mağazasının bir addımlığına qoyulub.

Yeşiklər tullantılarla dolu olduğu üçün bəzi zibillər yerə atılır. Hava küləkli olduqda isə vəziyyət daha da acınacaqlı hal alır. Tullantılar bir anda küçə boyu yayılır.

Xətai rayonu, Nzs qəsəbəsi, şəhid Rəşid Bağırov küçəsində yaşayan sakinlər zibil konteynerlərinin sayının az olmasından və qoyulduğu yerdən narazıdırlar. Bildirirlər ki, həmin ərazidə yaşayan insanların sayı durmadan artsa da, konteynerlərin sayı artırılmır

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov problemlə yaxından tanış olmaq üçün əraziyə gəldi. Sakinlərin problemini dinlədikdən sonra ən qısa zamanda lazımi addımların atılacağını bildirdi..

Elə sakinlərin də ən böyük istəyi problemlərin ən qısa zamanda həll edilməsidir.

Xəbər lenti